Müraciət etmək istəyən namizədlər aşağıda göstərilən kompüter bilikləri və xüsusi tələblərə uyğun olmalıdırlar.
Struktur bölmə: İmtahanların təşkili və idarəedilməsi departamenti
Struktur vahid: İmtahanların təşkilinə texnologiya və innovasiyaların tətbiqi sektoru
Vəzifənin adı: Məsləhətçi
Aylıq vəzifə maaşı: 1209 manat
Qulluq funksiyaları:
1. İmtahanların təşkili, keçirilməsi prosesinə texnoloji dəstək və lazımi proqram təminatlarının hazırlanması və tətbiqi;
2. Struktur bölməyə daxil olan ərizə, təklif və şikayətlərin səlahiyyətləri çərçivəsində araşdırılması və cavablandırılmasının təmin edilməsi;
3. Rəhbərlik, departament müdiri və sektor müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.
Vəzifənin tutulma şərtləri:
Təhsilə dair tələb: Ali təhsil
İş stajına dair tələb: 1 il.
Kompüter biliklərinə dair tələblər:
- PHP Framework (Laravel);
- MS SQL, MySQL, Postgresql, MS Access;
- Angular, React və ya Vue JS (biri arzu olunandır);
- Frontend bilikləri (AJAX, jаvascript, HTML5, CSS, Bootstrap, jQuery);
- MS Office;
- Veb-dizayn sahəsi üzrə təcrübə.
Xüsusi tələblər: Proqramlaşdırma dilləri, verilənlər bazası və onların idarəetmə sistemləri, internet/intranet texnologiyaları, lokal kompüter şəbəkələrinin qurulması, servis və tətbiqi proqram təminatlarının yazılması və istismarı, veb və mobil tətbiqlərin yazılması və istismarı.
Xarici dil biliklərinə dair tələblər: ingilis dili – orta, rus dili – orta
Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını 2022-ci il yanvarın 31-dək i.jafarov@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır).
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
DİM-in mətbuat xidməti
Tеl: (+99 412) 310-53-16 (dax. - 1117)
E-mail:
press@dim.gov.az; http://dim.gov.az