AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MASALLIDA GƏNCLƏR GÜNÜ QEYD OLUNUB

  • + A
  • - A
  • 3-02-2022, 11:03

    MASALLIDA GƏNCLƏR GÜNÜ QEYD OLUNUB

    İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gənclər siyasəti mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub, gənclər üçün çoxsaylı layihələr icra olunub və bu layihəlırin hər birinin ana xəttində isə Azərbaycançılıq məfkurəsi dayanıb. Düşünülmüş gənclər siyasətinin nəticəsidir ki, 44 günlük Vətən müharibəsində əsasən gənclərdən ibarət olan müzəffər ordumuz şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad etdi...”

    Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxışında qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, bu yönümdə bir sıra Dövlət Proqramları təsdiq olunub ki, bu da gənclərin dövlətçiliyə bağlı, vətənpərvər, intelektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasına şərait yaradıb: ”44 günlük Vətən müharibəsində Masallıdan olan gənc könüllülər də torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə silaha sarılaraq şərəfli döyüş yolu keçərək bizə Zəfər tarixini yaşatdılar...”

    İdarə rəhbəri Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən 2021-ci il ərzində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndləri üzrə həyata keçirilən tədbirlər, eləcə də idmançıların qazandığı uğurlar barədə qısa məlumat verib: ”Respublika birinciliyi və çempionatlarında 62 yeniyetmə və gənc idmançı rayonumuzu təmsil edib ki, onlardan 8 nəfəri birinci, 7-si ikinci, 6-sı isə üçüncü yerə layiq görülüb. Belə ki, əslən Masallıdan olan Vəli İsrafilov “Tokio 2020” Yay Paralimpiya Oyunlarında üzgüçülük üzrə qızıl medal sahibi olaraq, ən gənc paralmipiyaçı kimi tarixə düşərək dünya rekordunu təzələdi. Samir Məhərrəmov, Rahid Vəliyev taekvondo üzrə böyüklər arasında Azərbaycan çempionatında bürünc, sərbəst güləş üzrə böyüklər arasında respublika birinciliyində Həmidli Rahid gümüş, Əliyev Zəfər bürünc, Quliyev Qəyyum boks idman növü üzrə böyüklər arasında keçirilən ölkə çempionatında bürünc, Rəşidli Rəşid Türkiyənin Antaliya şəhərində kinq-boksinq üzrə keçirilən dünya çempionatının qızıl medalına sahib olublar...”

    “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov, «Rəşadət» ordenli şəhid çavuş Rafail Hüseynovun atası Teymur Hüseynov, Dəmirçi kənd ümumi orta məktəbinin direktor müavini İradə İmanbəyli, kinq-boksinq üzrə dördqat dünya çempionu Rəşid Rəşidli, Masallı Dövlət Regional Kollecinin tələbəsi Aysun Əliyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova və başqaları gənclərə fəaliyyətlərində uğurlar arzulayıb, onları bütün sahələrdə fəal, vətənpərvər olmağa çağırıblar.

    Sonra bir qrup fəal gəncə, eləcə də şəhid övladlarına, Vətən müharibəsi iştirakçılarına, könüllü və əlaçı tələbələrə Masallı Rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin Fəxri fərman, hədiyyə və sertifikatları təqdim edilib.
    Tədbir konsert proqramı ilə yekunlaşıb.
    Akif AĞAYEV,
    MASALLI





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR