AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cənab Prezident tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafına təkan verib

  • + A
  • - A
  • 2-02-2022, 22:22

    Cənab Prezident tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafına təkan verib
    Politoloq Ülkər Piriyeva

    Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra gənclər daim dövlətin diqqət mərkəzində olub.
    Beləliklə, dövlət gənclər siyasətini tənzimləyən normativ hüquqi baza və onun həyata keçirilməsinə cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanı olan Gənclər və İdman Nazirliyi yaradıldı. Həmçinin Azərbaycan gənclərinin problemlərinin həlli üçün müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsinə, eyni zamanda, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanıldı. Gənclərimizin təhsili, sosial müdafiəsi və digər sahələrdə ölkə rəhbərliyi, dövlətimiz tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirildi. Məhz, bu diqqətin bariz nümunəsi olaraq 2 Fevral Azərbaycan Gəncləri Günü elan edilərək, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin ictimai əhəmiyyət daşıyan təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis edildi.

    Beləliklə, bugün ölkə rəhbərimiz Ümummilli liderin layiqli davamçısı cənab prezidentimiz İlham Əliyev tərəfindən, həmçinin I Vitse-prezidentimiz xanım Mehriban Əliyeva tərəfindən müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşdırılıb və müvafiq qurumlar tərəfindən uğurla həyata keçirilir. Elə dövlət qurumlarımız arasında Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin adını da çəkmək yerinə düşərdi. Məhz, Türkiyə Cümhuriyyətinin Hacettepe universitetində təhsil aldığım illərdə Diaspora Komitəmizin sədri Fuad Muradov başda olmaqla komitənin sorumlu əməkdaşlarının təkcə ölkə xaricindəki soydaşlarımıza deyil, eləcə də, gənc soydaşlarımıza qarşı olan diqqət və qayğısının şahidi olmuşam.

    Gənclər hər zaman ölkədə gedən proseslərin önündə olub və öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetiriblər. Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak edən Azərbaycan gəncliyi, həm də mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında da fəal olublar.

    Qeyd etməliyəm ki, Gənclər ölkəmizin sütunu və gələcəyidir. İlk növbədə, gənc nəslin əsas vəzifəsi doğulduğu ölkənin layiqli vətəndaşı olmaqdır. Böyümə yolunda olan insan həmişə öz müqəddəratını təyin etmək məsələsi ilə qarşılaşır. O, özünü və yolunu tapmağa çalışır. Düşünürəm ki, müasir dövrdə ölkəmizdə gənclərin hərtərəfli inkişafı yolunda onlara bir sıra şərait yaradılmışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən möhkəm təməllərlə qoyulmuş olan gənclər siyasəti ölkəmizdə dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir. Həyata keçirilən genişmiqyaslı proqramlar əsnasında, bu gün gənclərimizin ictimai həyatın bütün sahələrində kifayət qədər fəal olduğunun şahidiyəm. Bütün bunlar Ümummilli liderin siyasi kursunun layiqli davamçısı olan cənab prezident İlham Əliyevin gərgin əməyinin bəhrəsidir.

    Müdrik ölkə rəhbəri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində 44 günlük Vətən müharibəsi boyunca bütün dünyaya ordumuzun gücünü göstərən Ulu Öndərin Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşən gənclərimizin, rəşadətli ordumuzun qüdrətini Qarabağ Zəfər tarixində bütün dünya gördü.
    Allah Ali Baş Komandanımıza və gənc qəhrəman Ordumuza hər zaman güc və qüvvət versin.

    Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edən əziz “Azərbaycan Gəncləri” bayramınız mübarək olsun!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR