AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Gömrük Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edəcək

  • + A
  • - A
  • 27-04-2022, 12:50

    Dövlət Gömrük Komitəsinin sədri Xaçmazda vətəndaşları qəbul edəcək

    Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev aprelin 29-da saat 11:00-da Xaçmaz rayon Heydər Əliyev Mərkəzində (Xaçmaz şəhəri,
    Nəriman Nərimanov küç. 72A) Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.
    Qəbul zamanı Xaçmaz və Şabran rayonları sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
    Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00) ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR