Avropa Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə əməkdaşlıq çərçivəsində Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini, HELP milli tyutoru Günay Əyyubova tərəfindən Avropa Şurasının “HELP e-learning” platforması üzərindən 23 nəfər – 11 hakim və 12 prokurorluq işçisinə “Cinayət prosesində prosessual təminatlar və qurbanların hüquqları” mövzusunda distant kurs təşkil edilmişdir.
2 ay müddətində davam edən distant kursa yekun vurulmuşdur. 8 nəfəri prokurorluq işçisi olmaqla 12 nəfər müvəffəqiyyət əldə etmişlər. Yüksək nəticə nümayiş etdirən şəxslərə Avropa Şurasının sertifikatları təqdim ediləcək.
Kursun gedişi maraq doğurduğu üçün Avropa Şurası rəsmi veb-saytında və “Facebook”, “Twitter” sosial media hesablarında işıqlandırılmışdır.
https://go.coe.int/4OuBU
https://www.facebook.com/CoEHELP
https://twitter.com/CoEHELP
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.