AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Azərişıq" ASC-dən daha bir şikayət - vəzifədə olanlar barəsində cinayət işi açılmış şəxslərdir

  • + A
  • - A
  • 24-05-2022, 08:50

    "Azərişıq" ASC-dən daha bir şikayət - vəzifədə olanlar barəsində cinayət işi açılmış şəxslərdir

    "Azərişıq"dan saytımıza daha bir şikayət daxil olub. Şikayətçi vaxtıyla qurumda Sumqayıt filialında aparıcı mühəndis vəzifəsini daşıyıb. O, adı dəfələrlə cinayət işində hallanan şəxslərin "Azərişıq"da hansı yollarlasa vəzifə tutduğunu, aparıcı mütəxəssis kimi işə qəbul edilmiş Abdullayev Sənan qətiyyən işə gəlmədən maaş aldığını bildirir. Azadmedia.az şikayətçinin məktubunu olduğu kimi dərc edir

    Azərbaycan Respublikasının Prezidenti
    İlham Heydər oğlu Əliyev Cənablarına

    surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Hörmətli Mehriban Əliyevaya

    surəti: Azərbaycan Respublikasının Baş naziri
    cənab Əli Əsədova

    surəti: Azərbaycan Respublikasının İqtisadiyyat
    naziri cənab Mikayıl Cabbarova

    surəti: Azərbaycan Respublikasının Energetika
    naziri cənab Pərviz Şahbazova

    surəti: “Azərişıq” ASC-nin sədri, Azərbaycan
    Kanoe və Avarçəkmə Federasiyasının
    prezidenti cənab Vüqar Əhmədova

    “Azərişıq” ASC, “ŞİMAL” RETSİ, Sumqayıt Elektrik Şəbəkəsinin Enerji Satışı Şöbəsinin sabiq aparıcı mühəndisi
    Sumqayıt ş., 14-cü məh., bina-1a/3b, m-15
    Ünvanında yaşayan
    Vətən Müharibəsi İştirakçısının valdeyni-Nəbiyev Füzuli Cəlal oğlu tərəfindən
    Telefon : 077 465 89 19

    “AZƏRİŞIQ” ASC-dən ŞİKAYƏT

    Çox böyük təəsüf hissi ilə bildirirəm ki, bu gün “Azərişıq” ASC-də olan ifrat dərəcədə özbaşınalıqlar barədə məlumatlar “Azərişıq” ASC sədrinə çatdırılmır.
    Cənab Prezident “Azərenerji” ASC-nin baş idarəetmə kompleksinin açılışında iştirak edərkən vaxtilə fəaliyyətdə olan “Barmek” şirkətinin Azərbaycanın Enerji təsərrüfatını təmamilə sıradan çıxardığını bildirmişdir. İnternet resurslarına istinad edərək aşağıdakıları nəzərinizə çatdırıram :
    1.Ağır Cinayətlər Məhkəməsində CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edimiş “Barmek”in sabiq baş meneceri Çingiz İbadov hazırda Azərişıq ASC-də Enerjinin Alışı idarəsinin rəis müavinidir.
    Çingiz İbadov həm də Dövlət Əmlakı Nazirliyinin Dövlət əmlakının registri, icarəyə verilməsi və torpaq departamentinin sabiq direktörü vəzifəsində işləyərkən də CM-nin 179.3.1, 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib.
    2.2007-də Ağır Cinayətlər üzrə Məhkəməsində keçmiş İqtisadi İnkişaf Nazirliyində sektor müdiri işləyərkən yol verdiyi qanunsuzluqlara görə AR CM-nin 308.2 (dövlət satınalmalarını qanunsuz keçirmə), 311.3.1 (mütəşəkkil dəstə ilə rüşvətalma), 311.3.2 (təkrar rüşvətalma), 311.3.3-cü (külli miqdrada rüşvətalma) maddələrilə təsirləndirilən Sakit Baxışov hazırda Azərişıq ASC-nin İşlər İdarəsinin rəisidir.
    3. Azərişıq ASC-nin Enerji Satış Departamentinin direktor müavini 23.03.1980 doğumlu Əhmədov Rauf Musa oğlu, törətdiyi cinayət əməlinə görə 13 aprel 2004-də AR CM-nin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törədildikdə) maddələri ilə ittiham edilərək, Xətai RPİ tərəfindən həbs edilmiş və 08.07.2004-də Xətai Rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 221.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş və 2 illik həbs cəzası almışdır.
    Çingiz İbadov və Sakit Baxışov hər 2-si pensiyaner olmasına və Rauf Əmədovun kimilər həbsdə ediləmələrinə baxmayaraq işləyirlər. Mənim 67 yaşım var. Ali təhsilli mühəndis-energetikəm. YAP-ın üzvüyəm. Oğlum Vətən müharibəsi iştirakçısıdır. Hazırda da cəbhə bölgəsindədir. 1998-dən energetika sahəsində rəhbər vəzifələrdə işləmişəm. 44 günlük Vətən müharibəsində iştirak edən oğluma görə keçirdiyim stress, həyəcan nəticəsində açıq ürək əməliyyatı olundum. Uzun müddət müalicə olundum. Xəstəxanada müalicə alarkən idarə tərəfindən təzyiqlərə məruz qaldım. Pensiya yaşımı, xəstəliyimi fürsət bilən idarə rəhbərliyinin təzyiqlərinə dözməyib öz xahişimlə işdən çıxma ərizəsi yazmağa məcbur edildim. Nə peşəkar energetik kimi uzun müddətli iş təcrübəmə, nə ali təhsilimə məhəl qoyulmadı. Vətən müharibəsində iştirak edən oğluma görə heç bir hörmət qoymadan mənə təzyiq edib, məni öz xahişimlə ərizə yazmağa vadar etdilər.Gənclərin işlə təmin edilməsinin Möhtərəm Prezident İlham Əliyev Cənablarının yürütdüyü siyasətin tərkib hissəsi olduğunu gözəl anlayıb, dərk edir və dəstəkləyirəm. Lakin Möhtərəm Cənab Prezidentimizin dediyi kimi :-“idarə rəhbərləri bundan sui-istifadə etməməlidirlər” Əfsuslar olsun ki, “Azərişıq” ASC, “Şimal” RETSİ rəhbərliyi ayrı-seçkilik, sui-istifadə edib məni işsiz qoyub aşağıda adları qeyd edilən pensiyanerləri işdə saxlayıb
    1.Qasımov Əyyar yaşı-73, 2.Hacıbalayev Teymur-yaşı-68, 3.Hacıyev Eldar-yaşı-68, 4.Məmmədov Famil- yaşı-67, 5.Əliyev İlyas -yaşı-67, 6.Şahsuvarov Nazim-yaşı-66, 7.Nəzərov Əfqan-yaşı-66, 8.Həsənov Fərhad-yaşı-66, 9.Həşimzadə İntizam-yaşı-66, 10.Turabov Aydın-yaşı-66, 11. Baxışov Saleh-yaşı-65, 12.İsmayılova Gülnarə-yaşı-65, 13.Alqayeva Abidə- yaşı-64.
    Bu siyahını daha da artırmaq olar.
    “Azərişıq” ASC-nin baş idarəsində, regionlarda, rayonlarında, sıravi işçidən tutmuş rəhbər vəzifələrə (adları sadalamıram) kimi qat-qat yüksək maaş alan kişi və qadın pensiyanerlər işləyir. Mən kimsənin işsiz qalmasını arzu etmirəm. Sadəcə olaraq mən də onlar işləmək istəyirəm. Niyə məhz mən işsiz qalmalıyam ? Bunlarla bağlı “Azərişıq” ASC-yə etdiyim müraciət İşlər İdarəsinin rəsi Sakit Baxışov tərəfindən cavablandırılsa da şikayət ərizəmdə qaldırdığım məsələlərə heç bir münasibət bildirilmir.Hazırda müvafiq vəzifə üzrə vakansiyanın olmaması bildirilir, lakin işə ştatla və podrat müqaviləsi əsasında işə işçi qəbul edilir. Həbs həyatı yaşayan və Sakit Baxışov, Çingiz İbadov kimi peniysnerlərə iş var, lakin Vətən müharibəsi iştirakçısı indi də səngərdə düşmənlə üz-üzə dayanan əsgər atasına iş yoxdur. Məni də ən azı podrat müqaviləsi ilə işlə təmin etmək olardı. Vakansiya yoxdursa bu qədər adam necə işə qəbil edilir ?
    Xahiş edirəm Azərişıq ASC-də yüksək vəzifələrdə işləyən həm Barmek dövründə həm də Əmlak Komitəsi dövründə həbs edilmiş Çingiz İbadovla Sakit Baxışovun və digər həbs edilmiş R.Əhmədov kimilərinin nə qədər maaş, paket, mükafat alması araşdırılsın. Onların maaşı məndən 4-5 dəfə çoxdur. Aylıq qazancları deputat maaşından çoxdur.
    Aparıcı mütəxəssis kimi işə qəbul edilmiş Abdullayev Sənan qətiyyən işə gəlmir. “Şimal” RETSİ-nin ölü canıdır. Sayğacların quraşdırılması idarəsinin aparıcı mühəndisi Ağayev Şahnəzər iş vaxtı təhkim edildiyi ərazidə tapılmır. Montyor Məhərrəmov Habil arada işə gəlir. Bunlara “xüsusi imtiyazı” kim verir ? Satışda aparıcı mühəndisləri, nəzarətçi-mühəndisləri istirahət, bayram hətta məzuniyyət vaxtı qanunsuz işlədirlər. İşə davamiyyət, ali təhsil, iş stajı, təcrübə anlayışları yalnız “adamı olmayanlar” üçündür. “Ölü canlar” üzündən idarədə vakansiya necə olsun ?
    Xahiş edirəm şikayət ərizəmdə qeyd olunanların hüquq-mühafizə orqanları tərəfindən araşdırılması və “Azərişıq” ASC-dəki digər pensiyanerlər kimi mənim də hər hansı işlə təmin olunmağım üçün məndən öz köməyinizi əsirgəməyəsiniz.
    Əvvəlcədən Sizə dərindən minnətdarlıq edirəm.

    İmza ; Nəbiyev F.C.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR