Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün kommunikasiya” mövzusunda təlim keçirilib.
Təlimdə TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova, Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova, rəqəmsal marketinq və kommunikasiya üzrə ekspert Aysel Cəbrayılova, Bakı tibbi ərazi bölməsinin tabeliyindəki tibb müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisləri iştirak ediblər.
Təqdimatla çıxış edən rəqəmsal marketinq və kommunikasiya üzrə ekspert Aysel Cəbrayılova yeni nəsil marketinq, rəqəmsal marketinq strategiyası, reklam kampaniyalarının planlaşdırılması, marketinq kampaniyalarının ölçülməsi, rəqəmsal platformalarda böhranın idarəedilməsi mövzularında təqdimatla çıxış edib.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova təqdimatla çıxış edərək tibb müəssisələrində icbari tibbi sığortanın təbliğinin əhəmiyyəti, icbari tibbi sığortanın məqsədi, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər barədə təlim iştirakçılarını məlumatlandırıb.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova “Tibb müəssisələrində böhran vəziyyətinin idarəolunması” mövzusunda təqdimatla çıxış edib. Z. Ədilova tabeli tibb müəssisələrində fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin koordinasiyalı fəaliyyətinin əhəmiyyəti, kütləvi informasiya vasitələri ilə düzgün işin qurulması, tibb müəssisələrinin sosial mediadakı fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb. Qeydə alınan nöqsanların aradan qaldırılması üçün TƏBİB-in Kommunikasiya Strategiyasına uyğun olaraq, növbəti ildən müəyyən edimiş hədəflərə nail olmaq üçün işlərin daha da intensivləşdiriləcəyini diqqətə çatdırıb.
Təlim qarşılıqlı müzakirə və sual-cavab sessiyası ilə başa çatıb.
Sonda iştirakçılar sertifikatlarla təltif ediliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.