AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təcili tibbi yardım xidmətinə 14 mindən çox müraciət daxil olub

  • + A
  • - A
  • 5-01-2023, 15:59

    Təcili tibbi yardım xidmətinə 14 mindən çox müraciət daxil olub

    Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib.

    103 Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.

    Təcili tibbi yardım xidmətinə 31.12.2022-04.01.2023-cü illər ərzində ümumi çağırışların sayı 14 059, hospital olunanların sayı isə 1 307 olub.

    Çağırışları sayı ən çox 01.01.2023-cü il (çağırış sayı 2 867, hospital olunanların sayı 284 olmaqla) və 03.01.2023-cü il (çağırış sayı 2 951, hospital olunanların sayı 285 olmaqla) qeydə alınıb.

    Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR