Sürücülərin nəzərinə‼️
Nazirkər Kabineti nəhayət ki, avtomobillərin ban şüşələrinə örtüklərin çəkilməsi məsləsinə rəsmi qərarı ilə aydınlıq gətirdi. NK-nın 21.01.2023-ci il tarixli 18 saylı qərarı ilə minik avtomobillərinin sürücüdən arxada yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına icazə verilir. Bu şüşələrə çəkilən örtüklərin işıqburaxma qabiliyyətinin həddi məhdudlaşdırılmır. Yəni bu o deməkdir ki, həmin şüşələrə istənilən tündlükdə plyonka çəkilə və jalüz quraşdırıla bilər. Lakin minik avtomobillərinin göstərilən şüşələrinə pərdə asılması nəzərdə tutulmur.
Qabaq qapıların şüşələrinə və alın şüşəsinə hər hansı örtük çəkilməsi nəzərdə tutulmur. Yalnız alın şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir.
Bu Qərar 30 gündən sonra - təxminən 23 fevraldan qüvvəyə minəcək.
.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.