AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumqayıtda üçəm dünyaya gəlib - 13 il sonsuzluqdan sonra!!!

  • + A
  • - A
  • 24-01-2023, 08:36

    Sumqayıtda üçəm dünyaya gəlib - 13 il sonsuzluqdan sonra!!!

    Sumqayıtda üçəm dünyaya gəlib. Azadnedia.az xəbər verir ki, bu məlumatı Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsunin rəhbəri Ramil Zeynallı verib.
    Onun sözlərinə görə bir müddət əvvəl Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəzə 44 yaşlı Abşeron rayon sakini 31-32 həftəlik üçdöllü hamiləliklə daxil olub. Anesteziologiya-reanimasiya şöbəsinə yerləşdirilən pasiyentə aşağıdakı diaqnoz qoyulub:
    EKM.13 il sonsuzluq
    Vaxtından əvvəl doğuş qorxusu
    Xroniki tromboflebitin kəskinləşməsi
    Artroz
    Ağır dərəcəli anemiya
    Anesteziologiya - reanimasiya şöbəsinin müdiri Elmar Süleymanovun müalicəsi ilə ağır durumdan çıxmış qadın hamiləliyin Patologiya şöbəsində müalicəsini davam etdirib.
    33-34 həftəsində cərrahi doğuşdan 2 qız və oğlan uşağı doğulub. 1300, 1700, 1900 qram çəkidə doğulmuş üçəmlər Neonatal reanimasiya və intensiv terapiya, Xəstə və yarımçıq doğulmuşlar şöbəsində müalicə alaraq 1975, 2250, 2300 qram çəki ilə evə yazılıblar.
    Rop müayinə audiometriya müayinəsində normal, nevroloji və somatik durumları normal olub.
    #sumqayittibbmərkəzi #ağxalatlıxilaskarlar


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR