"Şuşa ili"nə həsr edilmiş xüsusi qrant müsabiqəsinin bütün qalibləri Qarabağ Dirçəliş Fonduna ianə edib.
Azadmedia.az xəbər verir ki, bu məlumatı Qarabağ Dirçəliş Fondunun Kommunikasiya işləri rəhbəri Pərvin Məmmədova "Şuşa ili"nə həsr edilmiş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransında bildirib. Pərvin xanım təşəbbüsün Agentliyin rəhbəri Aygün Əliyeva tərəfindən gəldiyini bildirib və Aygün xanımı Qarabağ Dirçəliş Fondu tərəfindən ianə sertifikatını təqdim etdi. Aygün xanım sertifikatı konfransda iştirak edən şəhid ailələri və şəhid övladları adına qəbul etdiyini bildirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.