Sosial şəbəkələrdə hasarlardan birində "Dəmir yumruq" abidəsini əks etdirən foto yayılıb. Qeyd edilib ki, foto İçərişəhərdə çəkilib. Görüntü sosial şəbəkələrin bütün seqmentində geniş müzakirəyə səbəb olub və birmənalı qarşılanmayıb.
Məlum olub ki, Dəmir yumruğu əks etdirən bu abidə Bakıda, İçərişəhərdə kiçik qala küçəsi 84 ünvanında divara həkk olunub.
Azadmedia.az xəbər verir ki, abidəni rəssam, heykəltəraş Əli Şəmsi hazırlayıb. Əli Şəmsinin Azərbaycan Rəssamlar İttifaqının üzvü olduğu bildirilir.
Zəfər Qələbəmizin simvolu olan Dəmir yumruğun belə miskin formada hazırlanması haqlı narazılığa səbəb olub Bu gün müəlliflə qarşılıqlı razılaşma əsasında heykəltəraşın əl işi emalatxananın qarşısından götürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.