AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kimi aldadırsız, əfəndilər? - Fotofakt

  • + A
  • - A
  • 22-05-2023, 10:01

    Kimi aldadırsız, əfəndilər? - Fotofakt

    İcra başçıları və rayonların yaşıllaşdırma idarəsi ilə "razılaşdırılır", görüm-baxımdan sonra ağaclar kəsilir. Əgər səsi çıxarsa, sosial şəbəkələrdə müzakirə mövzusu olarsa, yalandan ara sakitləşənə qədər körpə şam tingləri əkilir, şəkilləri paylaşılır. Ara sakitləşir, bir müddət keçir əkilən ağac quruyur və ərazidə yeni tikili meydana gəlir. Belə faktlar nə yazıq ki, ölkəmizdə onlarla deyil yüzlərlədir. Maraqlısı odur ki, ağac kəsilmə faktı ictimailəşəndə rüşvət alıb bu işə rəvac verən ərazi üzrə icra hakimiyyətinə və yaşıllaşdırma idarəsinə söz gəlmir. Çox məharətlə Ekalogiya və Təbii Sərvətlər Nazirliyinin tumanı altında gizlənirlər. Hamımız ETSN-i top atəşinə tuturuq, mediaya cavab yazıb, əraziyə ağacların əkilməsini də onlar paylaşır. Əlləri o ağacların "qanına" batan qurumlar qalır məsuliyyətdən kənarda.
    Bu yaxınlarda yenə Nəsimi rayonu ərazisində eyni hadisə baş verdi. Əcəmi metrosunun yaxınlığında ağaclar kəsildi, jurnalist Gülnar Nazimqızı ictimailəşdirdi və bildirdi ki, kəsən kimi yerinə torpaq tökdülər ki, bilinməsin

    https://fb.watch/kGKiAlTwUk/?mibextid=Nif5oz
    Yenə hay-küy saldıq, ETSN yeni əkilmiş ağacların şəklini yaydı, ara sakitləşdi. Dünən Gülnar xanım foto yaydı ki, artıq əkilən ağaclar yoxa çıxıb. Bircə qalıb yaşıllığa, boş əraziyə allergiyası olan Nəsimi Rayon İcra Hakimiyyətinin himayəsi ilə ərazidə tikintiyə başlanması...
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR