Ötən gün bulvarda azyaşlı uşağı ilə birgə özünü dənizə ataraq intihara cəhd edən qadın barədə yayılan məlumatların araşdırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri birgə Salyan rayonunda yaşayan ailəyə səfər edilib. Azadmedia.az xəbər verir ki, bu barədə Komitənin yaydığı məlumatda deyilir.
Səfər zamanı ailənin vəziyyəti qiymətləndirilib.Qadının üç uşağı olduğu müəyyən edilib.Hal hazırda qadın aidiyyəti tibb müəssisəsində müalicəsini davam etdirir. Azyaşlı uşaq atasının himayəsinə verilib. Ailə Dövlət Komitəsi və Salyan Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.