ADA Məktəbində 20-21 may tarixlərində Beynəlxalq Birləşmiş Millətlər Təşkilatı Modeli Konfransı keçirilib. Tədbir 16 məktəbi təmsil edən 400 nümayəndəni bir araya gətirib. Konfransın əsas məqsədi gənc nəslin nümayəndələrinə real dünya çağırışları ilə uzlaşan qlobal düşüncə tərzini aşılamaq, onların diplomatiya və danışıqlar aparmaq bacarıqlarını təkmilləşdirmək və daha yaxşı gələcəyin formalaşdırılması istiqamətində məsuliyyət hissini inkişaf etdirməkdir.
Konfransın açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Gənclər fondunun layihələrlə iş üzrə şöbəsinin mudiri Faiq Məmmədov çıxış edərək gənclərin fəallığının və liderlik bacarıqlarının inkişafının vacibliyini diqqətə çatdırıb.
Təşkilat təsisçisi İlham Kərimli aktual problemlərin həllində diplomatiya, qarşılıqlı anlaşma və qlobal əməkdaşlığın vacib rolunu vurğulayıb. Baş katib Riad Əlizadə tədbirin uğurla davam etməsi üçün lazımi təlimatları iştirakçılara ötürüb. Qeyd edək ki, tədbirdə Gənclər İdman Nazirliyinin nümayəndəsi Elnur Abdullayev də iştirak edib.
Konfrans çərçivəsində keçirilən və müasir qlobal mövzuları əhatə müzakirələr zamanı qətnamə layihəsi üçün hazırlıq görülüb.
Konfansı bədii hissəsində Ümummilli lider Heydər Əliyevin sevdiyi “Alagöz”, “Şeyx Sənan” dramından “Kor ərəbin" əsərinin musiqisi və “Küçələrə su səpmişəm” mahnıları Respublika və Beynəlxalq Müsabiqələr laureatları tərəfindən səsləndirilib.
Konfransın fləşmobunu nümayiş etdirən videoçarxın arıdınca isə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin “Aysel” rəqs ansamblının ifasında milli rəqslər ifa edilib.
İki günlük konfrans ərzində nümayəndələr öz komitələrində müzakirələr və strateji planlaşdırma ilə məşğul olub, təyin olunmuş ölkələrin maraqlarından çıxış edərək qlobal hadisələri dərindən analiz etdikdən sonra öz mövqelərini ortaya qoyublar. Bu müzakirələr nümayəndələrin beynəlxalq münasibətlər üzrə biliklərini artırmaqda, tənqidi düşünmə bacarıqlarını, mədəni anlaşma və tolerantlıq hissini inkişaf etdirməkdə faydalı olub.
Beynəlxalq Birləşmiş Millətlər Təşkilatı Modelinin bağlanış mərasimində iştirak edənlər və inzibati komanda nümayəndələri müstəsna səylərinə görə təltif ediliblər.
Bağlanış mərasimində həmçinin ADA Məktəbinin Birləşmiş Millətlər Təşkilatı Modeli Konfransının istedadlı media komandasının kuratorluğu ilə yaddaqalan videolar nümayiş etdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.