Savadsız həkimlər ucuz şou verlişlərində pulla özlərini reklam edir, sadəlövh insanlar da inanır. Pasiyentlərə həkimıər sanki sehrbaz kimi təqdim edilir, onlar elə zənn edir ki, həmin həkimin yanına getsələr tam sağalacaqlar, loru dildə desək, sanki "anadan yeni doğulacaqlar".
Pulla özünü reklam edən həkimin toruna düşənlərdən biri jurnalist Adəm Abbaslı və anasıdır. Adəm bəy bu barədə şəxsi facebook səhifəsində yazıb. Azadmedia.az özünü Xoşqədəm Baxşəliyevanın tok-şou verilişində reklam edən növbəti həkim fırıldağını Adəm Abbaslının yazısını olduğu kimi dərc etməklə diqqətə çatdırır: Diqqət! Ağrılardan ölsəniz belə, Medera Hospitalda "işləyən" Elnur Əli "doktorun" yanına nə badə gedəsiniz! Adam bildiyiniz maşennik, fırıldaqçı və yalançı. Ən əsası da qocalara hörmətsiz yanaşan biridir. Reklamında deyir illərin diz və bel ağrılarını minumum 2, maksimum 5-6 dəqiqəyə müalicə edir, yox edir, sağaldır, bir sözlə, güya bunun yanına ölü gəlsə, dirildəcək. Xahiş edirəm, Şeyx Nəsrullahın Seymur Əli adlı bu davamçısına qətiyyən inanmayın. Güclü ağrıkəsici iynələri insanların dizinə, belinə vurub ağrıları kəsir, adın da qoyub ki, təbii yolla müalicə edir. Bu həkimciyəzi Xoşqədəm reklam edir öz verilişində. Ondan artıq olmayacaq ki! Bircə bu Xoşqədəm erası bitsəydi, bu geydirmə həkimlərin reklamı da başa çatardı. Bəlkə ondan sonra xəstə insanların ümidi bax beləcə puç olmazdı, xəyalları suya düşməzdi. Hansı ki, bu gün Anamın ümidi, xəyalı, arzusu Elnur Əli adlı o şəxsin mədəniyyətsizliyi, həkim etikasına yaraşmayan kobudluğu ilə puç oldu... Umarım, həmin həkimciyin adının "qara siyahı"ya düşməsi üçün ən azı öz yaxınlarınıza danışacqsınız.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.