QHT Agentliyinin 2023-cü il müsabiqə nəticələri ətrafında baş verənləri günlərdir təəssüf hissi ilə izləyirik. Jurnalist həmkarımız, eyni zamanda İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri Cəsarət Hüseynzadə şəxsi facebook səhifəsində baş verən hadisələrə münasibət bildirib, bəzi həmkarlarının addımlarının yanlış olduğunu etiraf edib. Azadmedia.az sözügedən yazını təqdim edir:
“Əziz dostlar,
Bir məsələ ilə bağlı fikirlərimi qeyd etmək istərdim.
QHT Agentliyinin 2023-cü il müsabiqə nəticələri ilə bağlı yaranan müəyyən söhbətlər əsnasında qeyd etmək istərdim ki, narazılıqla bağlı seçilən tədbir formatı prinsipcə yanlış addım idi.
Əlbəttə demokratik cəmiyyətdə yaşayırıq, hər bir kəsi istənilən fikir deyə bilər. Və müsabiqə haqqında verilən qərar da müzakirə etmək mümkündür.
Bu baxımdan Agentlik də nəticədən narazı qalan təşkilatlar üçün apelyasiya imkanı yaratmışdı.
Bu baxımdan həmkarlar inciməsin, narazı qalan şəxslərin həmin apelyasiya mexanizmdən istifadə etməsi daha doğru olardı, nəinki hansısa prosesdə iştirak.
Məni də etirazçı kimi qiymətləndirmək də düzgün deyil. Mən QHT sədri olmaqla yanaşı jurnalist fəaliyyəti də göstərirəm. Hər il dövlət büdcəsinin imkan verdiyi çərçivədə təşkilatıma dəstək verilib. Əlbəttə ümumu QHT sektoru ilə bağlı fikirlərim olub və fikirləri də hər zaman demişik.
Məncə həmin gün atılan addım yanlış idi.
Eyni zamanda onu da bildirmək istərdim ki, QHT sektorunda olduğum ötən dövrdə kifayət qədər tənqidi fikirlərim olub və bu fikirlərimə görə heç vaxt mənə qarşı qərəz olmayıb. Hər zaman qiymətim işimə görə olub. Fəaliyyətimizdə də hər zaman dövlət başçımızın yürütdüyü siyasi xətti əsas götürmüşük.
Müstəqillik bayramınız mübarək!
Hər birinizə hörmətlə,
Cəsarət Hüseynzadə
İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.