AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla 1 gün

  • + A
  • - A
  • 2-06-2023, 17:03

    Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla 1 gün


    Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı, "Paşa Holdinq", "Dənizkənarı Bulvar İdarəsi", "Baş Dövlət Yol Polisi İdarəsi", "Azərçay", "İdman TV", "Könüllü Dost", "Mcdonalds", "Vertera", "Azfest Group" və "ADMEDİA"nın dəstəyi ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla 1 gün" adlı tədbir keçirilib.

    Dənizkənarı Bulvarda keçirilən tədbirdə millət vəkili Vüqar İsgəndərov, Baş Dövlət Yol Polisi İdarəsinin yüksək rütbəli əməkdaşları, Baki şəhəri Gənclər və idman idarəsinin rəisi Raqif Abbasov, əməkdar artist Bəhram Bağırzadə və valideynlər iştirak ediblər.

    Daha sonra musiqi sədaları altında rəqs edən xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin müxtəlif idman növləri üzrə bacarıqlarını nümayiş etdiriblər. Bundan əlavə, iştirakçılar uşaqların hazırladığı əl işləri ilə tanış olub, onların fəaliyyətlərini yaxından tanış olublar. Sonda sponsoıar tərəfindən uşaqlar üçün hədiyyələr paylanılıb.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR