AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşə qəbul prosesində paradoksal vəziyyət yaranıb

  • + A
  • - A
  • 3-06-2023, 11:33

    İşə qəbul prosesində paradoksal vəziyyət yaranıb

    İşə qəbul prosesində paradoksal vəziyyət yaranıb. İşə qəbul üçün təkcə 1 ali təhsil kifayət etmir. İş yerlərinin tələvlərinə diqqət edəndə görürsən ki, potensiallara uyğun gələn tələblər iş axtaran gənclər arasında yoxdur. Azadmedia.az xəbər verir ki, bu sözləri İnsan Resursları və İdarəetmə Forumonda Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə deyib. DİM rəhbəri iş axtaran gənclərə məsləhət görüb ki, onlar öz üzərlərində çox işləməli, təhsil alarkən də maraqlanmalıdılar ki, hansı təcrübə proqramlarından keçsələr, onları işə qəbul edərlər. Məleykə xanım diqqətə çatdırıb ki, ali təhsil ocaqlarında kariyera mərləzləri yaranıb. Bu mərkəzlər gələcəkdə gənclərin işlə təmin edilməsi üçün yol göstərir.
    M. Abbasova onu da qeyd edib ki, müasir tələblər çox yüksəkdir, ona görə də təkmilləşmək üçün ən azı fəaliyyət boyunca 5 təlim kurslarından keçməlisən. Çıxışı zamanı süni intellektlər mövzusuna da toxunan Məleykə xanım ailədən başlayan təlim, tədrisə diqqət ayıraraq qeyd etdi ki, uşaqları elə tərbiyə edib məsləhət verməliyik ki, süni intellekt onları yox, onlar süni intellekti idarə edə bilsinlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR