AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nərminin fərari atasına illər sonra "Müharibə veteranı" vəsiqəsi verilib - Fotofakt

  • + A
  • - A
  • 5-06-2023, 13:49

    Nərminin fərari atasına illər sonra  "Müharibə veteranı" vəsiqəsi verilib - Fotofakt

    Nərminin fərari atasına illər sonra "Müharibə veteranı" vəsiqəsi verilib. Azadmedia.az xəbər verir ki, bu məlumatı jurnalist Aytən Məmmədova şəxsi facebook səhifəsində yazıb və Şərif Quliyevin fərari olması məlumatını əks etdirən sənədi paylaşıb.
    Aytən xanımın yazısını və sözügedən sənədin fotosunu təqdim edirik:

    Bu, Tovuzda oğurlanıb öldürülmüş Nərminin atası Şərif Quliyevin Qarabağ müharibəsində hərbi hissədən qaçdığını sübut edən sənəddir. Amma necə olursa, 30 il keçir, "Nərmin olayı"ndan dərhal sonra buna "Müharibə veteranı" adı və vəsiqəsi verilir. Müharibə vaxtı qaçan adam üçün "Müharibə veteranı" vəsiqəsini hadisədən sonda kimlər təşkiçl edib? Hansı xidmətlərinə görə? Niyə məhz bu hadisədən sonra?...
    Şərif həmin gün axşam saat 6-da özü qardaşıgilə gedəcəkdi. Nə ehtiyac vardı ki, günorta qızını gödəkçəyə görə ora göndərirdi?
    Nərmin gəlib çıxmır, arxasınca ondan bir yaş böyük qızı Şəbnəmi göndərir. Şəbnəm də qayıdıb, xəbər verib ki, əmimgil deyir, bir saatdır Nərmin çıxıb gedib.
    Normalda ata neyləməlidir? Narahat olub qızını axtarmalıdır. Bu isə heç bir addım atmır, qızını axtarmır. Üstündən 3-4 saat keçəndən sonra - axşam saat 6-da qardaşıgillə gedir (o qardaşı ki Nərmini gödəkçəyə görə onlara göndərmişdi), onlarla birlikdə qonşu kəndə qardaşı qızının toyaxşamına gedir. Orada yeyib-içirlər, axşam saat 8-9 radələrində geri qayıdırlar. Gecə təxminən 11 radələrində - iş-işdən keçəndən sonra polisə uşağın itkin düşdüyünü xəbər verirlər...



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR