Sumqayıtda kurs rəhbəri olan qadın dələduzluqda ittiham olunur.
Bu barədə “Yeni Müsavat”ın redaksiyasına şikayət daxil olub.
Şikayətdə bildirilir ki, özəl kurs rəhbəri olan Zərinə Səfixanova vətəndaşın etibarından sui-istifadə edərək onu aldadıb. Kurs rəhbəri ümumi olaraq 5550 AZN məbləğində pulu mənimsəyib.
Sözügedən şikayəti olduğu kimi təqdim edirik:
“Mən, Ayşən Azərli Azər qızı pandemiya dönəmində "B-Academy" onlayn kursuna qoşulub, Zərinə Səfixanova Natiq qızından 2 aylıq rus dili dərsi almışam. 27 İyun 2022-ci il tarixində Zərinə Səfixanova Natiq qızı mənimlə əlaqə saxlayaraq uşağının başına su yığıldığını və həmin gün təcili əməliyyat edilməli olduğunu bildirdi. Daha sonra məndən borc olaraq maddi dəstək istədi. Mən isə əməliyyat pulunu tamamlamaq məqsədi ilə özüm də daxil olmaqla tanışlarımdan 1000 azn məbləğində pul yığdım və həmin şəxsə göndərdim. İlk əməliyyatın Ege Hospitalda, 2-ci əməliyyatın isə Respublika Neyrocərrahiyyə Xəstəxanasında olduğunu bildirdi. Daha sonra həmin şəxs məndən dəfələrlə eyni bəhanə ilə borca pul istədi. Mən isə hər dəfə inanıb ona pul göndərirdim. Məbləğlər 800, 1000, sonra yenədən 1000 AZN , 700 AZN , 250 AZN və 800 AZN olmaqla, cəmi 5550 AZN təşkil edir. Mənə hər dəfə vəd verirdi ki, maşını var və onu sataraq borcunu qaytaracaq. Ancaq sözünü tutmadı. Sonra nə zənglərimi açdı, nə də mənimlə əlaqə saxladı. Məsələdən şübhələnib 2022-ci ilin payız aylarında Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə şikayət etdim.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.