8-10 iyun 2023-cü il tarixlərində APACRS-in (Asia-Pacific Assiciation of Cataracat & Refractive Surgeons) 35-ci illik konfransı Sinqapurda Suntec Konqres Mərkəzində keçirildi.
Konfransda bir çox ölkələrdən eləcə də Azərbaycandan oftalmoloq-alimlər iştirak edib.
APACRS-in (Asiya-Sakit Okean Katarakta və Refraktiv Cərrahlar Assosiasiyası) il üzrə bütün fəaliyyətini nümayiş etmək üçün konfranslar həyata keçirilir. Cəmiyyətin illik toplantısında Asiya-Sakit Okean bölgəsindəki həkimlər üçün uyğunlaşdırılmış və müvafiq olaraq diqqətlə hazırlanmış elmi proqram təqdim olunur. Proqrama dünyanın hər yerindən yüksək səviyyəli təqdim olunan mühüm təcrübə məlumatları daxildir. Burada oftalmologiyada olan elmi yeniliklər, təcrübələr nümayiş edilir. İllik konfranslar Asiya-Sakit okean regionunun müxtəlif ölkələrində keçirilir.
Asiya-Sakit Okean regionu və dünyanın hər yerindən gələn nümayəndə və qonaqları salamlayan APACRS illik toplantısı katarakt və refraktiv cərrahiyyə üzrə ən mühüm regional görüşə və qlobal oftalmoloji təqvimdə ən mühüm təhsil tədbirlərindən birinə çevrilib. Bu və digər fəaliyyətlər vasitəsilə APACRS, dünya əhalisinin yarısından çoxunun katarakta və refraktiv cərrahiyyə ehtiyaclarına xidmət etmək üçün onları dünyanın başqa yerlərindən olan beynəlxalq tərəfdaşlarla bir araya gətirərək, regionun ən görkəmli yerli təşkilatları ilə sıx əməkdaşlıqda işləməyə davam edir.
Tədbirdə APACRS -in prezidenti ,prof.Yao Ke ,prof.Pannet Pangputhipong (Tayland),
Dr.Ronald Yeoh (Sinqapur),ASCRS in prezidenti Elizabeth Yeu ,Dr.Chan Wing Kwong (Organizing Chairman-Sungapore) ,dr.Hungwon Tchah (South Korea)və digər alimlərə görüşdük.
“The prevalence of dry eye syndrome among urban and rural population” adlı e-poster məruzəm oldu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.