AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Jurnalistlər və blogerlər üçün Sosial Sahibkarlıq” təliminin iştirakçılarına sertifikatlar təqdim olundu

  • + A
  • - A
  • 14-06-2023, 20:45

    “Jurnalistlər və blogerlər üçün Sosial Sahibkarlıq” təliminin iştirakçılarına sertifikatlar təqdim olundu

    20-21 may tarixində həyata keçirilən “Jurnalistlər və blogerlər üçün Sosial Sahibkarlıq” təliminin iştirakçıları üçün sertifikatların təqdim olunma mərasimi baş tutub.
    Təlim “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıqda Education HUB tərəfindən həyata keçirilib və Avropa İttifaqı tərəfindən maliyyələşdirlir.
    Təqdimetmədə sertifikatlar Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli tərəfindən təqdim edilib. İştirakçıların bir qisminə sertfikatlar təqdim edildikdən sonra jurnalistlərlə birlikdə Sosial Sahibkarlıq mövzusunda müzakirə həyata keçirilib.
    Müzakirə zamanı Mustafa Abbasbəyli “Sosial Sahibkarlıq yeni bir sahədir. Medianın rolu bu sahənin təbliğ olunmasında əvəzedilməzdir. Sosial Sahibkarlıq ictimai marağı cəlb etmək və iqtisadi davamlılığı təmin etmək üçün vacibdir.” deyə qeyd edib.
    “Dövlət qurumları ilə insanlar arasında körpü rolunu oynayan şəxslər və ya qurumlar olmalıdır. Bu informasiyanın düzgün çatdırılmasında çox vacibdir. Medianın da məhz bu istiqamətdə fəaliyyəti çox vacibdir.” - bloger Əzizə İsmayılova qeyd edib.
    Bundan əlavə görüş zamanı gələcək əməkdaşlıqlar, növbəti addımlar barədə fikirlər səsləndirilib.
















    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR