Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində ədliyyə orqanlarında və məhkəmələrdə Ulu Öndərin zəngin irsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.
Bu münasibətlə Sosial Tədqiqatlar Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və insan hüquqları: Qurtuşdan başlanan inkişaf yolu" mövzusunda elmi-praktiki konfrans keçirilib
Ədliyyə Nazirliyi və Bakı Dövlət Universiteti tərəfindən Sosial Tədqiqarlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransda
Tədbirdə Ədliyyə Nazirliyinin İnsan hüquqları İdarəsinin rəisi Aynur Sabitova və nazirliyin məsul işçiləri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyev, vətəndaş cəmiyyəti üzvləri və media nümayəndələri iştirak edib.
Konfransı Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova açaraq xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan dahi öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbirlərdən bəhs edib. Bildirib ki, Ümummilli Liderin hər kəsə örnək olan tükənməz irsi daim öyrənilməli və ondan bəhrələnilməlidir. Bugünkü tədbirin məqsədi məhz Heydər Əliyevin dühası ilə bərqərar olmuş məhkəmə-hüquq sisteminin fəaliyyəti və aparılan islahatlar barədə tələbələri məlumatlandırmaqdır.
Sonra Ümummilli Liderin mənalı ömür yoluna və titanik fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Sonra Aynur xanım Ulu Öndərin müasir müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasında rolunu qeyd edib, dahi rəhbərin təməlini qoyduğu və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə aparılan ardıcıl tədbirlər və yeniliklər barədə tədbir iştirakçılarını məlumatlandırıb
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı Zaur Əliyev Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlığı, “Heydər Əliyev İli” çərçivəsində keçirilən birgə tədbirlərin tələbələr üçün faydasını qeyd edib, ölkəmizdə hüquq elminin və təhsilinin Ulu Öndərin rəhbərliyi dövründə yeni inkişaf dövrünə qədəm qoyduğunu, Ümummilli Liderin Hüquq fakültəsinə xüsusi qayğısını, milli, o cümlədən hüquqşünas kadrlarının yetişdirilməsində əvəzsiz rolunu vurğulayıb.
Tədbirdə sual-cavab sessiyası keçirilərək tələbələri maraqlandıran suallara aydınlıq gətirilib, maraqlı diskussiyalar aparılıb.