AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azərsu” ASC-dən xəbərdarlıq: Sutka ərzində bütün xidmətlərdə fasilə yaranacaq - Video

  • + A
  • - A
  • 16-06-2023, 22:57

    “Azərsu” ASC-dən xəbərdarlıq: Sutka ərzində bütün xidmətlərdə fasilə yaranacaq - Video

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatı

    “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Müştəri informasiya sisteminin məlumat bazasının yenilənməsi və təkmilləşdirilməsi ilə əlaqədar 17 iyun 2023-cü il tarixindən saat 23:30-dan etibarən 24 saat müddətində yeni sistemə keçid işləri aparılacaqdır. Bununla əlaqədar müştəri informasiya sisteminə bağlı aşağıda qeyd olunan sistemlərin fəaliyyəti prossesin davam edəcəyi müddətdə müvəqqəti dayandırılacaq.
    • Dövlət qurumları ilə bağlı veb servislər
    • APUS ödəniş sistemləri
    • Asanpay Ödəniş sistemi
    • Bütün operatorlardan sorğuları qəbul edən hesaba ödəniş sistemləri
    • Smart kart ödəniş sistemləri
    • Elektron xidmətlər
    • Smart proqramlar
    • MİS-lə inteqrasiyada işləyən CİS proqramları
    • Məlumat hesabat proqramları (Dashboard-lar)
    • İVR borc öyrən xidməti
    • Mobil oxumalar
    • MİS-in bütün modulları
    • Zəng mərkəzinin MİS qeydiyyat imkanları
    • Digər daxili proqramlar

    Profilaktiki tədbirlərlə əlaqədar qeyd olunan müddətdə smart-kartlara yükləmə əməliyyatlarının aparılması, su və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcların ödənilməsi mümkün olmayacaq. Bunları nəzərə alaraq abonentlər ehtiyat tədbirləri görməli, zərurət varsa balanslarını gün ərzində artırmalıdır. Borcların öyrənilməsi və ödənilməsi, elektron xidmətlər və s. əməliyyatların profilaktiki işlər yekunlaşdıqdan sonra aparılması mümkün olacaq. Qeyd olunan müddətdə 955 Zəng mərkəzinin fəaliyyətində də müəyyən məhdudiyyətlər yaranacaq.
    Abonentlərdən məsələyə anlayışla yanaşmağı xahiş edirik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR