AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda istehkamçı qadınlar hazırlanacaq

  • + A
  • - A
  • 16-06-2023, 23:25

    Azərbaycanda istehkamçı qadınlar hazırlanacaq

    Azərbaycanda istehkamçı qadınların hazırlanmasına başlanılıb.
    Regional sülhün və əməkdaşlığın təşviqinə yönəlmiş layihə ABŞ Dövlət Departamenti ilə Azərbaycanın Ərazilərin Minalardan Təmizlənməsi Agentliyi, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Məsləhət Qrupu (MAG) və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

    İşğaldan azad edilmiş ərazilərdə minalar və partlamamış hərbi sursatlar mülki əhalini təhdid etməkdə, iqtisadi inkişafa və məcburi köçkünlərin geri qayıtmasına mane olmaqda davam edir.

    Yeni komandaların yaradılması qadınları qarışıq minatəmizləyici dəstələrə cəlb etməklə gender bərabərliyini təşviq edəcək.

    Azərbaycanda istehkamçılardan ibarət qadın dəstəsinin yaradılması ideyası hələ 2021-ci ildə irəli sürülüb.

    "Respublikada humanitar minatəmizləmə aparılır. Müəyyən tələblərə cavab verən istənilən qadın ixtisasartırma kursları keçib istehkamçı ola bilər. Əsas şərtlər yaş və psixoloji durumdur.

    Xatırladaq ki, son 32 ayda 302 Azərbaycan vətəndaşı minaların qurbanı olub, onlardan 57-si ölüb, 245-i yaralanıb.

    Azərbaycanın irimiqyaslı minatəmizləmə fəaliyyəti nəticəsində 2020-ci ilin noyabr ayından etibarən Azərbaycan 81 386 hektar ərazini təmizləyib. Ümumilikdə 88 260 mina, o cümlədən 28 259 piyada əleyhinə mina, 15 303 tank əleyhinə mina və 44 698 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR