Qaradağ rayonu Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 12, mənzil 40
ünvanında qeydiyyatda olan,1-ci qrup Vətən müharibəsinin əlili,
30.10.1990-cı il təvəllüdlü Səmədov Elnur Eldar oğlu Qaradağ rayonu
Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 9 ünvanında yerləşən Qaradağ
Rayon İcra Hakimiyyətinin həyətində özünə məxsus “Khazar Azsamand”
markalı 77-BE-990 dövlət nömrə nişanlı avtomobilini yandırmışdır.
Bu barədə Qaradağ RİH-dən AzadMedia.az-a göndərilən açıqlamada deyilir.
Açıqlamada daha sonra bildirilir:
"Tələbləri ondan ibarətdir ki,səhhəti ilə əlaqədar Türkiyə Respublikasında
müalicə almaq, yaxın qohumlarının mənzil-məişət və sosial şəraitinin
yaxşılaşdırılması olmuşdur.
Səmədov Elnur Eldar oğlu 44 günlük Vətən müharibəsində yaralanmışdır
və 1-qrup əlillik təyin olunmuşdur. Əlillik təyin olunduqdan sonra Dövlət
tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin
və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əliliyi təyin olunmuş
şəxslər üçün nəzərdə tutulmuş bütün imtiyazlar verilmişdir. Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər ay 1-ci qrup Qarabağ
əlilləri üçün təyin olunmuş müavinət və prezdent təaqüdü
ödənilir.27.08.2021-ci il tarixində maşın,12.11.2021-ci il tarixində iki otaqlı
mənzillə təmin edilmişdir.Yaşat fondu tərəfindən müalicələri həyata
keçirilmişdir. Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət
mərkəzində saxlanılmış və müraciətlərinin həlli üçün müvafiq köməkliklər
göstərilmişdir".