AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirlik "Bolt" şirkətinin prezidenti ilə görüşün nəticələrini açıqlamayıb - İDDİA

  • + A
  • - A
  • 19-06-2023, 22:16

    Nazirlik "Bolt" şirkətinin prezidenti ilə  görüşün nəticələrini açıqlamayıb - İDDİA

    "Bolt" şirkətinin prezidenti ilə görüşə Nazirlik tam ağır artilleriya ilə qatılıb.

    Azadmedia.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz facebook səhifəsəində yazıb.
    Bu gün Nazir Rəşad Nəbiyev, özünün sahə üzrə müavini və müvafiq Agentliyin-AYNA-nın sədri ilə birlikdə Bolt şirkətinin prezidenti Yevgeni Kabanov ilə onlayn görüş keçirib.
    Bildiyim qədər görüş hər iki tərəfin təşəbbüsü ilə baş tutub, - yazan O.Gündüz qeyd edib ki, görüşün bu tərkibdə keçirilməsi Nazirliyin taksi fəaliyyətinin tənzimlənməsində hədsiz ciddi və israrlı olduğunun göstəricisi kimi dəyərləndirilə bilər:

    "Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunun ilk oxunuşundan sonra Bolt-un görüşə maraq göstərməsini də mövcud şərtlərlə əməkdaşlığa hazır olması kimi dəyərləndirilə bilər.
    Əslində Azərbaycanın taksi bazarına milyonlarla investisiya yatıran şirkətin atdığı addımlar da məntiqlidir.
    Düşünürəm ki, Bolt-un bazarda fəaliyyəti rəqabətli mühit üçün, gələcəkdə innovasiyaların inkişafı üçün vacibdir.

    Düşünmək olar ki, Bolt-la görüşdə əsas müzakirə predmeti bizim taksi bazarındakı mövcud situasiya, xarici şirkətlərin dempinq siyasəti, sürücülər və onların hüquqlarının qorunması, xüsusilə də datanın Azərbaycanda saxlanması və s. bu kimi məsələlər olub.
    Nazirlik xəsislik edərək görüşün nəticələrini açıqlamayıb.
    Ümid edirəm əməkdaşlıqla bağlı anlaşma olub.

    Güman etmək olar ki , növbəti görüş də UBER+Yango -nun sahibi , Rusiyanın Yandex şirkətilə olacaq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR