Xəbər verdiyimiz kimi, “Palmali Holding”in sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimovun atası Qurban Mənsimov müalicə aldığı xəstəxanada uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. 15 fevral 1937-ci ildə Azərbaycanın Masallı rayonunun Miyanku kəndində anadan olan Qurban Mənsimov uzun Bakı limanında fəhlə işləyib və göstərdiyi nəticələrə görə, keçmiş SSRİ dövründə bir çox yüksək orden və medallara layiq görülüb. Qurban Mənsimov 9 uşaq atası idi.
Allah rəhmət eləsin
Mübariz Mənsimovun köməkçisi Fidan Quliyevanın mətbuata verdiyi açıqlamaya görə Qurban Mənsimov, vəsiyyətinə əsasən, 21 iyunda, yəni sabah Bakı şəhərində qızı Nüşabənin yanında dəfn ediləcək.
Dəfn mərasimi ilə bağlı əlavə məlumat veriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.