“Palmali Holding”in prezidenti Mübariz Mənsimovun bu gün vəfat edən atası Qurban Mənsimovun cənazəsi sabah Bakı vaxtı ilə saat 12:00-da özəl təyyarə ilə İstanbuldan Bakıya yola salınacaq.
Əvvəlcə, Bakıda ailə üzvlərinin və qohumlarının mərhumla vidalaşması üçün cənazə evə gətiriləcək, oradan isə qəbirstanlığa aparılacaq.
Azadmedia.az xəbər verir ki, Mübariz bəyin köməkçisi Fidan Quliyeva mətbuat üçün açəqlamasında bildirib ki, dəfn mərasimi sabah saat 18:00-da Bakıda Keşlə qəbirstanlığında olacaq.
Qurban Mənsimovun dəfn mərasimində iştirak etmək istəyən şəxslər qeyd olunan saatda Keşlə qəbiristanlığına gələ bilərlər.
Qurban Mənsimov vəsiyyətinə uyğun olaraq, mərhum qızı Nüşabə xanımın məzarının yanında dəfn ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.