AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Araz Supermarketdə kiflənmiş məhsullar satılır - Kimi aldadırlar? Fotofakt

  • + A
  • - A
  • 26-06-2023, 18:39

    Araz Supermarketdə kiflənmiş məhsullar  satılır - Kimi aldadırlar? Fotofakt

    Vətəndaş Ruhiyyə Ağayeva 2 azyaşlı uşaq anasıdır. Həyat yoldaşı I Qarabağ Müharibəsi əlilidir. Ruhiyyə xanım Azadmedia.az-a bildirib ki, dünən "Azadlıq" Metrostansiyasının yaxınlığında olan Araz Supermarketdən uşaqlarına şirniyyat alıb. Elə yoldaca uşaqlar açıb yeyib. Evə çatan xanım özü də çayla aldığı şirniyyatdan yemək istəyəndə şoka düşüb. Bütün konfetlər kif basıb. R. Ağayeva uşaqların şirniyyatı yeməsindən bərk narahatdı. Zəhərlənmələrindən qorxur, qeyri-iş günü həkimlər də çətin tapıla. İşin maraqlı tərəfi burasıdır ki, aldığı şirniyyatın fotolarını sayta göndərərkən məlum olur ki, məhsul 25 iyunda satılıb, çekdə də bu göstərilir. Məhsulun üzərində isə qablaşdırma tarıxı 24 iyun göstərilib. Məhsul nə vaxt qablaşdırılıb, hansı şəraitdə saxlanıb, onu bir özləri bilər, bir də ki....
    AQTA iaşə müəssisələrini vicdanla, məsuliyyətlə gəzməlidir ki, belə hallar təkrarlanmasın.
    Araz Supermarket, zəhmət çəkin, vətəndaşın pulunu geri qaytarın və dua edin ki, uşaqlar zəhərlənməsin.
    Elnurə Abuşova



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR