Kanadanın “Arton Capital” konsaltinq şirkəti dünya pasportlarının reytinqini dərc edib. Reytinqdə Azərbaycan 61-ci yerdə qərarlaşıb. Respublika vətəndaşları 33 ölkəyə vizasız gedə bilər, daha 48 ölkədə viza gələndə ala bilərlər, 117 ölkədə əvvəlcədən viza tələb olunur (Azərbaycan 2022-ci ilin sonunda reytinqdə 62-ci yerdədir).
Reytinqin lideri BƏƏ pasportu olub ki, onun sahibləri 125 dövlətə vizasız gedə bilirlər, daha 55 ölkədə onlar gələndə viza ala bilirlər, yalnız 18 ölkədə viza əvvəlcədən tələb olunur.
İkinci yeri Almaniya, İsveç, Finlandiya, İspaniya, Lüksemburq, Fransa, İtaliya, Hollandiya, Avstriya, İsveçrə və Cənubi Koreya bölüşdürüb. Onların sahibləri 23 ölkəyə səfər etmək üçün əvvəlcədən viza üçün müraciət etməlidirlər. Üçüncü yerdə Danimarka, Belçika, Portuqaliya, Norveç, Polşa, İrlandiya, Böyük Britaniya və Yeni Zelandiya (24 ölkədə məcburi viza tələb olunur).
Qeyd edək ki, reytinq pasport sahibinin vizasız səfər edə biləcəyi ölkələrin sayına və gəliş zamanı viza ilə daxil ola biləcəyi ölkələrin sayına əsaslanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.