AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı layihə...

  • + A
  • - A
  • 4-07-2023, 11:15

    Regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı layihə...

    "Tərəqqi" Sosial İnkişaf İctimai Birliyi "Regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi" layihəsinin icrasına başlayıb.

    “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşov açıqlamasında qeyd edib ki, layihənin məqsədi regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməklə, narkomaniya, tütün və digər zərərli vərdişlərin acınacaqlı, fəlakətli nəticələri barədə əhalini xüsusilə gəncləri məlumatlandırmaq onları kənar təsirlərdən qorunmalarına yardım etməkdir: “Narkotik maddələr, orqanizmə daxil olduqdan sonra psixoloji, hərəki və fiziki dəyişikliklərə səbəb ola bilən və asılılıq yarada bilən kimyəvi maddələrdir. Tütündən istifadə edənlər gərgin və əsəbi olduqları zaman siqaret çəkməklə stresdən çıxdıqlarını güman edirlər. Lakin bu, heç də belə deyil. Sadəcə olaraq bu, insanlara psixoloji təsir edir və insanlarda belə təsəvvür yaradır. Həmin şəxslər düşünmürlər ki, bu yolla bədənlərini zəhərləyirlər. Siqareti hər bir şəxs tərgidə bilər. Bunun üçün heç bir vasitədən istifadə etmək lazım deyil. İnsan iradəsi bu pis vərdişi davam etməmək üçün ən yaxşı vasitədir. Əgər siqaret çəkən şəxs özündə iradə, özünəinam hiss edərsə, bunun öhdəsindən asanlıqla gələ bilər və siqaretdən birdəfəlik yaxa qurtarar”.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihə Ağdam, Tərtər, Bərdə, Goranboy və Ağcabədi rayonlarında 3 ay müddətində həyata keçiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR