“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi “Ekologiya sahəsində ictimai maraqların dəstəklənməsi” ekoloji layihəsinin icrasına başlayıb.
Layihə Kiçik Qafqazın şimal-qərbində turizmin inkişafı, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların arasında sağlam həyat tərzinin təbliğ olunması nəzərdə tutulan tədbirlər həyata keçirələcəkdir. Daşkəsən rayonunda yaşayan yerli əhali, yeniyetmə və gənclər arasında ekomaarifləndirmə tədbirlərinin keçirilməsi və onların ətraf mühitə olan sevgisinin və məlumatlılığın artırılması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil olunan layihə iyul ayının 1-dən başlayıb, 2 ay müddətində icrası nəzərdə tutulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.