“Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi “Erkən nikahlara yox deyək” adlı layihə icra edir.
Bu barədə Birliyin sədri Əli Mirzəyev açıqlama verib. Q, qeyd edib ki, layihənin məqsədi Şirvan şəhərində gənclər, yeniyetmələr və gənc ailələr arasında erkən nikahlar, onların psixoloji, fizioloji, hüquqi və s. fəsadları barədə maarifləndirmə tədbirləri həyata keçirmək, gənclərin, xüsusilə yeniyetmə qızların həyatda hərtərəfli formalaşmasına, cəmiyyətin inkişafında fəal iştirakına nail olmaqdan ibarətdir: “Layihə çərçivəsində Şirvan şəhər İcra Hakimiyyətinə, Prezident Administrasiyasına, layihə haqqında rəsmi məktublar göndəriləcək, Şirvan Peşə Litseyi, Humanitar Kollec, Şirvan Gənclər Evinin rəhbərləri ilə görüşlər keçirilərək layihə haqqında məlumat veriləcək, real vəziyyəti müəyyən etmək üçün sorgular keçiriləcək və nəticələr qiymətləndiriləcək, bukletlər çap edilərək gənclərə paylanacaqdır. Məlumatlandırma məqsədi ilə gənclərin, yeniyetmələrin və gənc ailələrin təmsilçilərinin iştirakı ilə seminarlar təşkil ediləcəkdir".
Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil olunan layihənin sonunda yenidən sorğu keçiriləcək, təsirləri qiymətləndiriləcəkdir. Layihənin icrası başa çatdıqdan sonra qısa müddətdə yekun təsviri və maliyyə hesabatları hazırlanacaq və Donora təqdim olunacaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.