Vəkil Elçin Sadıqov vəkillikdən uzaqlaşdırıldı. Azadmedia.az xəbər verir ki, bu barədə tanınmış vəkil özü şəxsi facebook səhifəsində bildirib. Onun yazdıqlarını olduğu kimi çatdırırıq:
"
Əziz dostlar, mənimlə bağlı siyasi qərar qəbul edilib. Bu qərardan mətbuat vasitəsilə məlumat almışam. Bu qərarı siyasi hesab edirəm və son vaxtlar insanları işgəncədən qurtardığıma görədir.
Əslində, düşünürdüm ki, intizam icraatı həvalə edilən vəkil İsmayıl Kəngərli özü-özünə etiraz edəcək. Axı o, Eynullanın dostudur. Ümid edirəm ki, VKRH bu işə yenidən mənim iştirakımla baxacaq.
Hələlik Sizləri qanunsuz həbsdən və işgəncədən qorumaq imkanlarından məhrum edildim.
Dəstəyiniz üçün hər birinizə təşəkkür edirəm".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.