AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“And yerimiz-Şəhidlər!” adlı layihəyə start verildi

  • + A
  • - A
  • 7-07-2023, 10:07

    “And yerimiz-Şəhidlər!” adlı layihəyə start verildi

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi iyul-sentyabr aylarında "And yerimiz- Şəhidlər”! adlı layihənin həyata keçirilməsinə başlayıb.
    Birliyin sədri Tahir Xudiyev açıqlamasında bildirib ki, layihə zamanı vaxtı ilə respublikamızın Xaçmaz, Quba və Qusar rayonlarında yaşayıb 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhid olan oğullarımızın adlarının, xatirələrinin əbədiləşdirilməsi, yaşadılması, eləcə də əlillik dərəcəsi almış qazilərimizin tanıdılması məqsədi ilə onlar barədə məlumatlar toplanıb kitab şəklində nəşr etdiriləcək: "Bu məqsədlə nəşr olunan “And yerimiz-Şəhidlər” kitabı da keçirilən tədbirlərdə şəhidlərimizin ailə üzvlərinə, iştirakçılara paylanacaq, maarifləndirmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə kitabxanalara təqdim olunacaq. Bundan başqa layihənin gedişi zamanı əlilliyi olan və digər imtiyazlı şəxslərin problemlərinin həlli, lazım gələrsə, hüquqlarının müdafiəsi ilə də məşğul olunacaq".
    Onu da qeyd edək ki, bu, kitabın II hissəsidir. Ötən il Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB tərəfindən nəşr olunan “And yerimiz-şəhidlər” adlı kitabın birinci hissəsində Bakının Nizami rayonu və respublikamızın Tərtər rayonunda yaşayıb 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhid olan oğullarımız və eləcə də əlillik dərəcəsi almış qazilərimiz barəsində məlumatlar dərc olunmuşdur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR