Bu qədər haqsızlıq, özbaşınalıq, qanunsuzluq olmaz. Azadmedia.az xəbər verir ki, bu sözləri müharibə 3 ildir ki bitsə də, süründürməçiliyə məruz qalan, Vətən Müharibəsi işrirakçısı, dünya şöhrətli azərbaycanlılarla səs-küylü müsahibələrin müəllifi jurnalist Hafis Əhmədov yazıb. Jurnalist qeyd edir ki, Səfərbərlik Xidmətinin Tovuz rayon şöbəsi Vətən müharibəsində xidmət etdiyim hərbi hissədən döyüşdə iştirakımı təsdiq edən möhürlü, məxvi əmrlərdən çıxarışları alıb hərbi biletimin natarial qaydada təsdiqi, ərizə ilə birlikdə 02/06/2023 tarixində məxvi poçtla Müdafiə Nazirliyi Veteran Komissiyasına göndərdi. Ötən gün Müdafiə Nazirliyi Veteran Komissiyasının katibi Elbrus Mehdixanovun imzası ilə Tovuz Səfərbərlik Şöbəsinə rəsmi cavab məktubu gəldi. Məni də Tovuz Səfərbərlik İdarəsinə dəvət etdilər. Sadəcə olaraq dəhşətdir!!! Demək ki, Veteran Komissiyası onlara göndərilmiş möhürlü, məxvi əmrdən çıxarışlara baxmadan, diqqət yetirmədən, araşdırmadan saxta, qondarma bir cavab göndərib: "Əmrdən çıxarışları göndərin".
Səfərbərlik xidmətinin Tovuz rayon şöbəsi rəhbəri polkovnik Xalid Abbasov, şöbəsinin işçiləri təəccüb içində idilər. Necə ola bilər ki, döyüşdə iştirakımı təsdiq edən möhürlü əmrdən çıxarışları Veteran Komissiyasının rəhbərliyi, katibi Elbrus Mehdixanov görməyib?! Bu sənədləri görməmək üçün kor olmaq lazımdır!!! Bu qədər özbaşınalıq, qanunsuzluq, öz işinə, peşəsinə etinasız yanaşmaq olmaz! Bunun adı sadəcə olaraq xəyanətdir!!! Çünki, mən də daxil olmaqla birlikdə xidmət etdiyim səfərbərlik heyətimiz Prezident İlham Əliyevin səfərbərlik sərəncamını uğurla icra etdik. Qaçıb gizlənmədik, rüşvət verib adımızı səfərbərlik siyahısından sildirmədik, yalançı xəstəlik kağızı almadıq, yerimizə hansısa kasıb, yetimin balasını müharibəyə göndərmədik. Prezident səfərbərlik sərəncamı imzaladı, biz də gedib əmrləri uğurla icra etdik! 3 ildir ki, mənə Veteran statusu, vəsiqəsi verilməyib.
İndi isə Elbrus Mehdixanov kimi vəzifəli şəxs döyüşdə iştirakımızı təsdiq edən əmrdən çıxarışlara baxmadan saxta, qondarma bir məktubu rəsmi dövlət idarəsinə, Tovuz rayonu Səfərbərlik Şöbəsinə göndərib. Siz Prezidentin sərəncamına xəyanət edirsiniz, Müdafiə Nazirliyi Veteran Komissiyası, katib Elbrus Mehdixanov!
Tovuz rayonu hərbi komissarı, polkovnik, çox hörmətli Xalid Abbasovun qəbulunda da oldum. Çox təəssüfləndi, təəccübləndi. Birinci gün yenidən əmrdən çıxarışları, bütün sənədlərimi Müdafiə Nazirliyi Veteran Komissiyasına göndərəcəklərini dedi. Sənədlər, əmrdən çıxarışlar məxvi olduğu üçün özüm apara və yaxud burada qətiyyən paylaşa bilmirəm! Sadəcə olaraq utancvericidir!!!
Xidmət etdiyim Hava Hücumdan Müdafiə Qoşunlarının hərbi hissəsinin komandiri fəxrimiz olan Vətən Müharibəsi Qəhrəmanıdır. Həmin Hərbi hissə də döyüşdə iştirakımı təsdiq edən məxfi əmrdən çıxarışları 15 aprel 2023 tarixində Müdafiə Nazirliyi Veteran Komissiyasına yenidən təqdim edib. Həmçinin həmin hərbi hissə döyüşdə iştirakımı təsdiq edən əmrdən çıxarışlarımı Tovuz rayonu Səfərbərlik İdarəsinə də təqdim edib. Təəssüflər olsun ki, Müdafiə Nazirliyi Veteran Komissiyası nə xidmət etdiyim hərbi hissənin göndərdiyi sənədlərə, əmrdən çıxarışlara, nə də ki Tovuz rayonu Səfərbərlik Şöbəsinin göndərdiyi əmrdən çıxarışlara baxmadı, araşdırmadı. Bunun adı XƏYANƏTDİR!!!
Bununla bağlı, Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Müdafiə Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Nazirlər Kabinetinə Milli Məclisə, Ombudsman Aparatına və digər dövlət orqanlarına rəsmi məktublar göndərmişəm.
Hörmətlə,
Hafiz Əhmədov - Vətən Müharibəsi İştirakçısı.