“Sağlamlığa Xidmət” İctimai Birliyi 01 iyul 2023-cü il tarixindən “Vərəm sağalan xəstəlikdir” adlı layihəsinin icrasına başlayıb.
Bu barədə Birliyinin sədr müavini, layihə rəhbəri Samirə Məmmədova məlumat verib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihə 4 ay müddətində Neftçala, Şamaxı və Xaçmaz rayonlarında icra olunacaq: “Layihənin əsas məqsədi vərəmlə xəstələnmə riski yüksək olan əhali qruplarını vərəm xəstəliyi, eləcə də, digər infeksion xəstəliklərlə bağlı maarifləndirmək, vərəmin erkən aşkarlanması üçün şəxslərin ağciyərlərinin rentgen müayinəsinə cəlb etməkdən ibarətdir. Vərəm- erkən aşkarlandıqda, düzgün diaqnoz qoyulduqda və həkimin təyin etdiyi müalicəni fasilə vermədən, sona qədər qəbul etdikdə tam sağalan xəstəlikdir”
Qeyd edək ki, layihə 2023-cü ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin keçirdiyi kiçik qrant müsabiqəsinin qalibi olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.