İctimai Şuralar haqqında fikirlər heç vaxt birmənalı olmayıb. Şuralara seçkilərdə sağlam seçkidən çox küçə döyüşlərini, məişət davasını xatırladan seçki proseslərində və hər hansı qurumla bağlı tənqidi fikir səslənəndə obyektivlik missiyasını arxa plana keçirdiyi ictimai şuraların verdiyi bitərəf qərarlarda, bəyanatlarda buna şahidlik etmişik. Bu gün millət vəkili Etibar Əliyevin ictimai şuranın iş mexanizmini ifşa edərək Şuradan istefası bunu bir daha sübut etdi
Azadmedia.az xəbər verir ki, deputata dəstək mesajları özünü çox gözlətmədi. İlk dəstək təhsil eksperti
Kamran Əsədovdan gəldi.
Bütün İctimai Şura buraxılmalıdır yazan təhsil eksperti qeyd edib ki,
hörmətli deputat, Azərbaycanda təhsil eksperti İnstitutunu yaradan, formalaşdıran dəyərli Etibar müəllim Təhsil Nazirliyi yanında İctimai Şura üzvlüyündən Şuranın fəaliyyətindəki qeyri şəffaflığa görə istefa verdi.
Bu bir daha sübut edir ki, Təhsil nazirliyi yanında İCTİMAİ ŞURA təhsilin inkişafına maneədir. Belə ki, onlar çatışmazlıqları gizlədir və ancaq tərif ilə məşğul olurlar. Beləliklə, onlar Etibar müəllim kimi Təhsil bilicisinin bilik və bacarıqlarını düzgün istifadə edə bilmədilər:
"Mənim yadımda Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyəti rayonların birində ayaqyolu ilə bağlı problemin həllinə nail olması ilə qalıb.
Etibar müəllimə obyektiv mövqeyinə görə təşəkkür edirəm. Əslində bütün İctimai Şura buraxılmalıdır".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.