AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazim Bəydəmirli bəzi şəxslərdən üzr istəməyə hazırdır - Vəkil

  • + A
  • - A
  • 11-07-2023, 14:26

    Nazim Bəydəmirli bəzi şəxslərdən üzr istəməyə hazırdır - Vəkil

    Həbsdə olan sabiq deputat Nazim Bəydəmirli bəzi şəxslərdən üzr istəməyə hazır olduğunu açıqlayıb. Bu barədə onun vəkili Aqil Layıc Turan agentiyinə açıqlamasında bildirib.

    Vəkil vurğulayıb ki, Bəydəmirli məhkəmədə bəzi mesajlar verib.

    İyulun 10-da həbsdə olan Nazim Bəydəmirliyinin barəsində həbs qətimkan tədbirindən apellyasiya şikayətinə baxılıb. Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və Bəydəmirlinin barəsində birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

    "Dedi ki, onun ictimai çıxışları kimlərinsə xətrinə dəyibsə həmin adamlardan üzr istəməyə, hətta yazılı üzr istəməyə hazırdır. Yox, əgər həbsinin səbəbi həmin payla (hansısa müəssisədə pay nəzərdə tutulur) bağlıdırsa, o payı istənilən şəxsə bağışlamaya hazırdır”, - vəkil vurğulayıb.

    Vəkil vurğulayıb ki, Bəydəmirliyinin ev dustaqlığına buraxılması üçün vəsatət qaldırılacaq.

    Bakı şəhəri Nərimanov rayon məhkəməsi 2023-cü il iyulun 5-də Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərar qəbul edib.

    Keçmiş deputat Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

    Bundan əvvəl Nazim Bəydəmirli bildirib ki, onu Gədəbəy rayonunun Söyüdlü kəndindəki ekoloji etirazlarla bağlı həbs ediblər.
    Qeyd: Məqalə anews.az-dan ixtisarla götürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR