Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyi “İnsan alverinin qarşısının alınması və proflaktikasının gücləndirilməsinə yönəlmiş əhalinin maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkili” lahiyənin icrasına başlayıb.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi təşkil olunan layihənin əsas məqsədi Sumqayıt şəhəri və digər regionlarda insan alveri, ondan qorunma mexanizmləri barədə əhalini məlumatlandırmaqla risk qrupuna daxil olan şəxsləri insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır.
Layihə çərçivəsində insan alveri mövzusunda təlimlər, ictimai müzakirələr, TV verlişlərin hazırlanması və nümayişi nəzərdə tutulur. Hüquqları pozulmuş, həssas qrupa daxil olan şəxslər üçün fərdi psixoloji, hüquqi, sosial xidmətlər də təşkil olunacaq. Eyni zamanda qadınlara müəyyən ixtisasa yiyələnməkdə və sonradan işlə təmin olunmağda informasiya yardımı göstəriləcəkdir. Həyata keçirdiləcək bütün fəaliyyətlərə könüllülər cəlb ediləcəkdir.
Qeyd edək ki, icraçı İctimai Birlik 2003-cü ildə yaradılmış və 2005-ci ildə dövlət qeydiyyatından keçmişdir. Təşkilatın əsas missiyası qadınların hüquqlarının müdafiəsi, qadınların içtimai-siyasi həyatda aktivliyinin artırılması, qadınlara və onların ailə üzvlərinə pulsuz sosial, psixoloji, hüquqi və digər zəruri xidmətlərin təşkilindən ibarətdir.
Layihənin imkanlarından yararlanmaq istəyən şəxslər, onun icrasında könüllü qismində iştirak etmək arzusunda olan şəxslər bu əlaqə nömrələri ilə təşkilata müraciət edə bilərlər:
(50) 680 22 22, (50) 300 87 88, (01864) 64 24827
Ünvan: Sumqayıt şəh, 1-ci mikr, bina 45b, Mərkəzi kitabxananın yanındakı hündürmərtəbəli binanın 1-ci mərtəbəsi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.