“Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyi 01 iyul 2023-cü il tarixindən “Qadınlara və uşaqlara qarşı zorakıllıq hallarının ilə mübarizədə icma potensialının gücləndirilməsi” adlı layihəsinin icrasına start verib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunan layihə rəhbəri Fariz Əkbərovun bildirdiyinə görə layihə 2 ay müddətində (01 iyul-31 avqust 2023-cü il) 2 rayonu- İsmayıllı və Zaqatala rayonlarını əhatə etməklə icra olunacaq: “Layihənin əsas məqsədi qadınlara və uşaqlara qarşı zorakılıq hallarına və əməllərinə qarşı dözümsüz mühit və yanaşma, fərdlər və ictimaiyyət səviyyəsində ictimai müqavimət formalaşmasına nail olmaqdır”.
Fariz Əkbərov həmçinin qeyd edib ki, tədbirlərdə “Qadınlar və uşaqlara qarşı zorakılığın qarşısının alınamsında icmanın rolu və təsir vasitələri, maraqlı tərəflərlə əməkdaşlıq”, “Qadınlar və uşaqlara qarşı zorakılığın qarşısının alınması və hüquqi müdafiə vasitələri” mövzusunda iki məruzə təqdim olunacaq: “Bununla yanaşı yerli icra hakmiyyəti tərəfindən qadınlar və uşaqlara qarşı zorakılığın qarşısının alınması sahəsində həyata keçirilən tədbirlərin qısa icmalı veriləcək. Maarifləndirici tədbirlərin iştirakçılarına layihə çərçivəsində hazırlanmış və nəşr olunmuş “Qadın və uşaqlara qarşı zorakılığın mənfi təsirləri və zorakılıq hallarına qarşı hüquqi müdafiə - İcma üçün Bələdçi” paylanacaq”.
Qeyd edək ki, tədbirin yekunu kimi layihə çərçivəsindəki tədbirlərlə bağlı mütəmadi məlumat və fotolar paylaşılaraq ictimailəşdiriləcək və layihənin gedişatı ilə əlaqədar KİV-də yekun pres-reliz yayımlanacaq. Maarifləndirici tədbilərin hər birində icma liderləri, bələdiyyə üzvləri, kənd və qəsəbə icra nümayəndəlikləri, sahə müvəkkiləri, yerli icra hakmiyyətinin məsul əməkdaşları, dini icmaların nümayəndələri, QHT, gənclər, ictimai təşkilatlarının nümayəndələri olmaqla 20-25 nəfərin iştirakı nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.