AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan Qafqazın ekologiyasını məhv edir

  • + A
  • - A
  • 13-07-2023, 20:00

    Ermənistan Qafqazın ekologiyasını məhv edir

    İrəvan bütün Qafqaz üçün ciddi ekoloji fəlakət yaradır. Xatırladaq ki, Ermənistan 30 illik işğal dövründə işğaldan azad edilmiş ərazilərin ekosisteminə ciddi ziyan vurub.
    İrəvan Qafqazda ciddi ekoloji fəlakət yaradır, bütün region böyük problemlə üzləşə bilər, deyə “Ekoloji Maarifləndirmə və Monitorinq” ictimai birliyinin rəhbəri Qəmzə Yusubova bildirib.

    O qeyd edib ki, Ermənistanın dağ-mədən sənayesi ekoloji sistemə ziyan vurur və bu, yerli sakinləri və dünya ictimaiyyətini narahat etməyə bilməz. Yusubova xatırladıb ki, təbiəti mühafizə ilə məşğul olan təşkilatlar bu problemə diqqət yetirməyə başlayıblar və İrəvanın hərəkətlərindən narazılıqlarını bildiriblər.

    "Yerli vətəndaş cəmiyyətinin üzvləri, eləcə də QHT-lər Arazdeyandakı iri metallurgiya zavodu ilə bağlı bəyanat verdilər. Bundan sonra biz Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktub göndərdik ki, Ermənistanda aparılan işlərin ətraf mühitə vurduğu ziyanı dayandırsınlar"
    - deyən Assosiasiya rəhbəri həmçinin vurğulayıb ki, Ermənistan 30 ildir işğal altında olan Azərbaycan ərazilərinə ciddi ziyan vuraraq, onları ekoloji fəlakət zonasına çevirib. Onun sözlərinə görə, Oxçuçay çayına atılan tullantılar onun üçün təhlükə yaradır:
    "Çayda bütün biomüxtəliflik, canlı aləmi məhv edilib. Oxçuçay Araz çayına tökülür, həm də onu çirkləndirir. Nəzərə alsaq ki, Araz çayının suvarma üçün istifadə olunduğu üçün onun çirklənməsi suvarılan torpaqlarda iqtisadiyyata ciddi ziyan vurur".
    Bundan başqa, Yusubova İrəvanı mədən sənayesində heç bir standartlara əməl etməməkdə, Arazdeyendə iri metallurgiya zavodunun tikintisində dağıdıcı siyasət yürütməkdə və Espo konvensiyasını pozmaqda ittiham edib. O əlavə edib ki, Ermənistanın hərəkətləri bütün Qafqazın ekologiyasına mənfi təsir göstərə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR