AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gələcəkdə dərslik vəsaiti kimi istifadə ediləcək jurnal nəşr olunacaq

  • + A
  • - A
  • 14-07-2023, 10:21

    Gələcəkdə dərslik vəsaiti kimi istifadə ediləcək jurnal nəşr olunacaq

    “Azərbaycançılığın musiqili təqdimatı” adlanan layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqəsində qaliblər sırasına qoşuldu. Müasir Azərbaycanın Memarı olan Ulu Öndər Heydər Əliyev cənablarının şəxsiyyətini və fəaliyyətini musiqinin və rəsmlərin dili ilə vəsf edəcək layihə 01.07.2023-01.09.2023-cü il tarixini əhatə edir.

    Bu barədə açıqlama verən layihənin rəhbəri, “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov bildirib ki, Cənab Prezident, Zati-Aliləri İlham Əliyev cənabları 2023-cü ili “Heydər Əliyev ili” elan etməsi hamı kimi “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyini də çox sevindirib: “Belə bir ilə töhfə vermək üçün bu istiqamətdə layihələr formalaşdırdı. Layihə çərçivəsində təməli Ulu Öndərimiz tərəfindən qoyulmuş Azərbaycançılıq məfkurəsinə yaradıcılığında hərtərəfli müraciət etmiş, bəstələdiyi “Qarabağ” mahnısı 44 günlük Vətən müharibəsinin himninə çevrilmiş bəstəkar Bəhram Nəsibovun şeir, mahnı, marşlarından ibarət jurnal hazırlanacaq. Jurnala mahnı və marşların mətni, not yazıları və əhatə etdiyi mövzuya uyğun olaraq çəkiləcək şəkillər, eləcə də mövzular haqqında məlumatlar və foto şəkillər daxil ediləcək”.

    Adil Nəsibov jurnala 8 mahnı və marşlar, 1 şeir daxil ediləcəyini də qeyd edib: ““Tələb eylə”, "Yeni Azərbaycan Partiyasına həsr olunmuş marş", Heydər Əliyev şəxsiyyətinə həsr olunmuş 2 fərqli variantda bəstələnmiş “Min yaşa Heydər baba”, “Heydər bayrağının altından keçək”, “Azərbaycan gəncliyi” marşı, “Azərbaycan bayrağı” marşı, “Azərbaycan – Türkiyə” marşı daxil edləcək. Bəstəkar, şair, ifaçı Bəhram Nəsibovun Ulu Öndər Heydər Əliyevin qayıdışını alqışlayan, müəllif kimi adının əvəzində “Xalqın səsi” yazdığı, “Əziz agsaqqalimiz Heydər Əliyevə (Təbrik əvəzi)” adlanan şeiri də jurnala daxil ediləcək. Bu jurnal gələcəkdə dərslik vəsaiti kimi də istifadə ediləcək”.

    Qeyd edək ki, İctimai Birlik gələcəkdə bu istiqamətdə bir çox silsilə layihələr də planlaşdırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR