SOCAR “Azəriqaz” İB rəhbərliyinin Sumqayıt şəhərində vətəndaş qəbulu keçiriləcək. 17 iyul saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin müraciətləri dinləniləcək. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Sumqayıt qaz istismarı Sahəsinə (tel: 050-845-89-03; 018-64-2-09-64) müraciət edə bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.