“Mühəndislərin İnkişafına Dəstək” İctimai Birliyinin 2023-cü il "Kiçik qrant" müsabiqəsinin qalibi olan "Ətraf mühitin mühafizəsi istiqamətində təlimlərin təşkili" layihəsinə start verilib.
Bununla bağlı layihə rəhbəri Əli Babazadə açıqlama verib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mailliyə dəstəyi ilə keçirilən layihə ümumilikdə 8 təlimdən ibarət olacaq. Ətraf mühitin idarə edilməsinə giriş, su ehtiyatlarının, hava keyfiyyətinin, tullantıların idarə edilməsi, ekosistemlər və biomüxtəliflik, iqlim dəyişmələri, ətraf mühitə təsirin qiymətləndirilməsi və idarə edilməsi, ətraf mühitin öyrənilməsindən məsafədən aerokosmik tədqiqatların rolu mövzularını əhatə edəcək”.
Qeyd edək ki, 2 ay davam edəcək layihə iyul və avqust aylarını əhatə edəcək, hər bir təlimin sonunda iştirakçılara sertifikat təqdim olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.