AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müharibədən zərər çəkmiş şəxslərə sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək

  • + A
  • - A
  • 17-07-2023, 18:18

    Müharibədən zərər çəkmiş şəxslərə sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək

    Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi İctimai Birliyi 2023–cü ilin iyul ayından etibarən “Regionlarda müharibədən zərər çəkmiş şəxslərin sosial xidmətlərə əlçatanlığının təmini və onlara sosial-psixoloji reabilitasiya xidmətlərinin təşkili” adlı layihəsini həyata keçirir.

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçiriləcək Layihənin mahiyyəti Regionlarda müharibədən zərər cəkmiş şəxslərə səyyar şəkildə psixoloji və sosial xidmət üzrə dəstək göstərilməsindən, sosial xidmət və sosial iş sahəsində həmin şəxslərlə işləyənlərin bilik və bacarıqlarının artırılmasından ibarətdir. Ağstafa və Tovuz rayonlarında müharibədən zərər cəkmiş şəxslərə müxtəlif testlər, metodlar və terapiyalar vasitəsi ilə psixoloji reabilitasiya xidmətinin təşkili, müharibədən zərər cəkmiş şəxslərin sosial problemlərinin sosial işçilər tərəfindən öyrənilməsi, təhlil edilməsi, qiymətləndirilməsi və onların müxtəlif sosial xidmətlərə yönəldilməsi, layihə həyata keçirilən ərazilərdə sosial xidmət və sosial iş sahəsində müharibədən zərər çəkmiş şəxslərə işləyənlərin bilik və bacarıqların artırılması üçün maarifləndirici tədbirin təşkil edilməsi, benefsiarların sosial-psixoloji və sosial xidmət ehtiyaclarının öyrənilməsi və həmin ehtiyaclardan irəli gələn problemlərin müvafiq dövlət orqanları qarşısında qaldırılması nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR