"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası İctimai Birliyi iyul ayının 1-dən "Üçbucaq"- milli tərbiyə modelinin formalaşdırılmasında ailə dəyərlərinin və valideyn-müəllim-uşaq əməkdaşlığının rolu mövzusunda tədbirlərin keçirilməsi layihəsinə start verib.
Bu barədə çıqlama verən icraçı direktor Şahin Rəcəbov bildirib ki, bu gün təhsildəki aktual problemlər tərbiyənin təlimdən arxa planda qalmasından qaynaqlanır: “Bu layihədə tərbiyəyə diqqətin artırılması və təcrübəsiz gənc ailələr və valideynlər üçün ortaq, nümunəvi, milli tərbiyə modelini qurmaq hədəflənir. Peşəkar, təcrübəli mütəxəssisləri, ekspertləri mövzuya qoşulmağa, cəmiyyəti və ictimaiyyəti bu məsələdə aktiv olmağa, təklif və təşəbbüslərlə çıxış etməyə dəvət edirik”.
Qeyd edək ki, layihə 9 regionda- Mingəçevir, Qəbələ, İsmayıllı, Neftçala, Masallı, Lerik, Lənkəran, Astara Və Quba rayonlarında həyata keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.