Vəkil Aqil Layıc Trendyol vasitəsilə özünə geyim alıb, gömrükdə bəyan etsə də, malını səbəbsiz 38 gün anbarda saxlayıb, 82 manat pul tələb ediblər. Azadmedia.az xəbər verir ki, vəkil bu barədə şəxsi facebook səhifəsində yazıb. Aqil Layıcın yazdıqlarını olduğu kimi təqdim edirik:
"Türkiyədən Trendyol vasitəsilə 1469 lirəlik(92 manat) T-shirt sifariş etmişdim. 03.06.2023-cü il tarixində rəsmi olaraq smart custom vasitəsilə bəyan etmişəm. Həmin tarixdən etibərən bağlamanı izləmək mümkün olmamışdır. Gah dedilər gəlməyib, gah dedilər, xarici anbardarır. Nəhayət dünən bildim ki, Gömrük Komitəsinin Hava Limanında olan terminalında qanunsuz olaraq 38 gün saxlanılır. Gəldim bura, deyirəm niyə saxlamısınız. Deyir bəyan edilməyib. Dərhal smart custom mobil əlavəsi ilə sübut etdim ki, bəyan edilib. İndi də mənə deyirlər ki, 82 manat artıq pul ödəməlisən. Deyirəm niyə? Deyirlır ki, kargoda 38 gün saxlanılıb, icarə haqqıdır. Bağlamanın çəkisi cəmi 380 qramdır.
Qanunsuz olaraq gömrük bağlamanı daşıyıcı şirkətə vermədiyi üçün 38 gün ərzində terminalda saxlanılıb, adını da qoyublar smart gömrük xidməti.
İnsanların zamanını, əsəbini korlayaraq edilən qanunsuzluqlar bəs deyil, hələ əsassız yerə 82 manat əlavə ödəniş də tələb edirlər.
Burdan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırova bəyan edirəm, necə ki, Şahin müəllim, terminaldakı əməkdaşlarınıza da bəyan etdim. Həmin T-Shirt-u Sizə səmimi qəlbdən bağışlayıram, Sizin idarə qaninsuzluq etsə də, mən tam qanuni şəkildə bu qısaqol köynəyi Sizə bağışlayıram. Hər ikimiz medium geyinirik, əminəm ki, Sizə yaxşı yaraşacaq. Ən əsası bağışlamağım tam qanuni və səmimidir. Xeyirli işlərə geyinəsiniz. Əminəm ki, əyin-baş probleminiz smart custom tətbiqi vasitəsilə tam təmin edilir.
P.S. Dövlət Gömrük Komitəsinin rəsmi səhifəsi məni haqlı iradlarıma görə blok etdiyi üçün, onları tag edə bilmirəm…
Ağıllı smart gömrük xidməti ağılsızların əlində olduqdan sonra heç nə də dəyişən deyil. Əsas insan faktorudur…".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.